Bank Of Baku

Ekspertlər: OPEC-in sonu çatıb

Ekspertlər: OPEC-in sonu çatıb
# 17 iyun 2011 10:15 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Neft İxracatçısı Ölkələrin Təşkilatı (OPEC) dünyanın neft bazarına təsir etmək imkanlarını itirib. «APA-Economics»in məlumatına görə, ekspertlər bu qərara təşkilatın ötən həftə keçirilən uğursuz toplantısından sonra gəliblər.

Bu iclasda son 20 ildə ilk dəfə olaraq OPEC üzvləri neft hasilatının kvotaları barədə razılığa gələ bilməyiblər. İclasda gündəlik neft hasilatının 1,5 mln. barel artırılması (hazırkı kvota 24,85 mln. bareldir) gözlənilirdi. Amma gərgin şəraitdə keçən iclasda tərəflər razılığa gələ bilməyib.

Səudiyyə Ərəbistanı, Küveyt və BƏƏ kvotanın artırılmasını istəsələr də, İran, İraq və Venesuela bunun əleyhinə çıxıb. Səudiyyə Ərəbistanının neft naziri Əli Nəimi bu iclası «indiyədək keçirilən ən pis görüş» adlandırıb. Görüşdə əsas fikir ayrılıqları Səudiyyə Ərəbistanı ilə İran arasında olub. Nümayəndələrdən biri isə bildirib ki, OPEC üzvlərinin kvota məsələsində razılığa gələ bilməməsi faktiki olaraq OPEC-in iş qaydalarının pozulması və kvota sisteminin sonu deməkdir.

Ekspertlər istisna etmirlər ki, indi təşkilatın üzvləri vəziyyətdən istifadə edərək faktiki olaraq neft hasilatlarını birtərəfli qaydada dəyişə bilərlər.

Qeyd edək ki, neft kvotasının artırılması planı Liviyada baş verən hadisələrlə əlaqədar meydana çıxıb. İndi isə ekspertlər bazarda neftin bahalaşmasını gözləyirlər. “Baş verənlərdən sonra OPEC-in bazardakı neft qıtlığını aradan qaldıra biləcəyi şübhə doğurur, buna görə də, biz çox güman ki, neftin bundan sonra da bahalaşacağını görəcəyik” - deyə “National Australia bank Ltd.”-nin eksperti Ben Vestmor bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR