Bank Of Baku

Azərbaycan qızıl və gümüş istehsalını artırıb

Azərbaycan qızıl və gümüş istehsalını artırıb
# 17 iyun 2011 13:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda 765 kq qızıl hasil edilib ki, bu da 2010-cu ilin eyni dövrünə nisbətən 0,4% çoxdur.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bununla yanaşı, hesabat dövründə ölkədə 684 kq gümüş hasil edilib ki, bu da ötən ilin yanvar-may aylarına nisbətən 49,7% çoxdur.

Cari ilin iyunun 1-nə Azərbaycanda qızılın hazır məhsul ehtiyatı 64 kq, gümüşün isə 40 kq olub.

Ümumiyyətlə, 2011-ci ilin yanvar-may aylarında 1,449 ton qiymətli metal filizləri və konsentratlar hasil olunub ki, 2010-cu ilin analoji dövrü ilə müqayisədə bu göstərici 4% artıb.

Xatırladaq ki, qızıl ehtiyatları Azərbaycanda hasil olunan qızılın alınması və onun İsveçrədə emal edilməsindən sonra əldə olunan qızılın hesabına formalaşır. Qızılın 1 unsiyasının qiyməti hazırda dünya bazarlarında 1 528 ABŞ dollarına, gümüşün 1 unsiyası isə 36 dollara bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR