Bank Of Baku

Azərbaycanda magistral neft kəmərləri ilə nəqletmə yanvar-may aylarında 0,5% azalıb

Azərbaycanda magistral neft kəmərləri ilə nəqletmə yanvar-may aylarında 0,5% azalıb
# 18 iyun 2011 11:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 20 mln. ton və ya ötən ilin analoji dövrü ilə müqayisədə 0,5% çox neft nəql edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 76,2%-i ölkənin əsas nəqliyyat infrastrukturlarından olan Bakı-Tiflis-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və ötən aylar ərzində bu kəmər vasitəsilə 15,2 mln. ton neft ötürülüb ki, 2010-cu ilin yanvar-may ayları ilə müqayisədə bu göstərici 0,6% artıb.

Cari ilin ilk beş ayı ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 1 mln. ton Türkmənistan nefti nəql edilib.

Bununla yanaşı, magistral qaz kəmərləri ilə hesabat dövründə 8,5 mlrd. kubmetr qaz nəql edilib ki, ötən ilin yanvar-may ayları ilə müqayisədə bu göstərici 9,4% artıb. Nəql edilmiş qazın ¼ hissəsi Bakı-Tiflis-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmər vasitəsilə cari ilin ötən aylarında 2,1 mlrd. kubmetr qaz nəql edilib, bu göstərici 2010-cu ilin yanvar-may aylarına nisbətən 4,5% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR