Bank Of Baku

Azərbaycanın emal sənayesində məhsul istehsalının həcmi 7% artıb

Azərbaycanın emal sənayesində məhsul istehsalının həcmi 7% artıb
# 21 iyun 2011 07:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 2,3 mlrd. manatlıq məhsul istehsal olunub, sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu sahədə istehsalın həcmi 7,3% artmaqla (neft məhsullarının istehsalı nəzərə alınmazsa 11,6%), daha çox hissəsi – qida məhsullarının istehsalının payına düşüb.

«Əksər qida məhsullarının istehsalında artım müşahidə olunub, onlardan kolbasa məmulatları istehsalı 4,6% artaraq 792,7 ton, pendir və kəsmik istehsalı 2,2% artaraq 18,3 min ton, ət 4,6% artaraq 106,7 min ton, süd 5,4% artaraq 293,3 min ton, kərə yağı 0,8% artaraq 8,7 min ton, qənd 27,2% artaraq 143 min ton olub», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR