Bank Of Baku

Çinin məhdudiyyətləri dünya bazarında nadir metalları 5 dəfə bahalaşdırıb

Çinin məhdudiyyətləri dünya bazarında nadir metalları 5 dəfə bahalaşdırıb
# 21 iyun 2011 07:51 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin əvvəlindən dünya bazarında nadir metalların qiyməti 5 dəfə artıb. “APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, bunun əsas səbəbi nadir metalların hasilatı və emalı üzrə hazırkı inhisarçı olan Çinin tətbiq etdiyi məhdudiyyətlərdir.

Çin hökumətinin bu istiqamətdə son addımı qanunsuz metal hasilatı ilə mübarizə çərçivəsində Daxili Monqolustan əyalətində 35 kiçik şaxtanın bağlanması, eləcə də əyalətdə nadir metalların strateji ehtiyatının yaradılmasıdır.

Qeyd edək ki, ötən il Çin nadir metalların ixracına məhdudiyyətlər tətbiq edib. nəticədə bu il nadir metalların ixracı 2010-cu illə müqayisədə 35% azalıb. Hazırda dünya üzrə nadir metal hasilatının 95%-i Çinin nəzarətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR