Bank Of Baku

Azərbaycanda sənaye istehsalının 80%-i özəl sektorun payına düşür

Azərbaycanda sənaye istehsalının 80%-i özəl sektorun payına düşür
# 20 iyul 2011 14:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın sənaye sahələrində I yarımillikdə 15,6 mlrd. manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sənaye məhsulunun 76,4%-i mədənçıxarma bölməsində, 17,7%-i emal bölməsində, 5,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

Cari ilin 6 ayı ərzində neft hasilatı 23,9 mln. ton, təbii qaz hasilatı isə 12,9 mlrd. kubmetr təşkil edib, qeyri-neft bölməsinin məhsullarından qiymətli metallar, qida məhsulları, kimya sənayesi məhsulları, elektrik enerjisi, avtomobillər, elektrik avadanlıqlarının və s. məhsulların istehsalında daha çox artım müşahidə olunub.

Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 79,5%-ni təşkil edib, ümumi istehsalın 91,9%-i sənaye mallarının, 8,1%-i isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR