Bank Of Baku

“NABUCCO Gas Pipeline International” şirkətinə yeni məsləhətçi təyin olunub

“NABUCCO Gas Pipeline International” şirkətinə yeni məsləhətçi təyin olunub
# 21 iyul 2011 11:06 (UTC +04:00)
Bakı - APA-Economics. İtaliyanın “D’Appolonia S.p.A.” (“D’Appolonia”) mühəndis şirkəti “Nabucco” boru kəməri layihəsi üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) üzrə yeni məsləhətçi təyin olunub.

“Nabucco Gas Pipeline International” şirkətinin ictimaiyyətlə əlaqələr “APA-ECONOMICS”ə verilən məlumata görə, “D’Appolonia” ətraf mühit və sosial sahə ilə bağlı məsələlərdə 50 ildən artıq təcrübəyə malik olan aparıcı mütəxəssis şirkətdir.

Şirkət layihə miqyaslı Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi prosesinin tamamlanmasında “Nabucco”ya köməklik edəcək. “D’Appolonia” şirkətinin təyin olunmasında başlıca məqsəd beynəlxalq maliyyə institutlarının (BMİ-lər) tələblərinə cavab verən, milli və Avropa qanunvericiliyinə uyğun olan layihə üzrə kompleks ƏMSSTQ prosesini müvəffəqiyyətlə başa çatdırmaqdır.

Xatırladaq ki, “Nabucco” qaz kəməri Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan “Nabucco Gas Pipeline İnternational GmbH.” konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), “Transgaz” (Rumıniya), “Bulgargaz” (Bolqarıstan), “BOTAŞ” (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.

Tikintisinə 2012-ci ildə başlanacaq «Nabucco» qaz kəməri ilə Azərbaycan qazının nəqli 2017-ci ildən gözlənilir. Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazı da daşınacaq. Layihənin dəyərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.

İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR