Bank Of Baku

Azərbaycan neft məhsullarının istehsalını 3,3% artırıb

Azərbaycan neft məhsullarının istehsalını 3,3% artırıb
# 22 iyul 2011 12:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 982,1 mln. manat həcmində neft məhsulları istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3% çoxdur.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə 584,3 min ton avtomobil benzini, 294 min ton ağ neft, 1,2 mln. ton dizel yanacağı istehsal olunub.

Neft emalı müəssisələrinin anbarlarında 32,9 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 13,9%-i qədər hazır məhsul olub.

Qeyd edək ki, 2011-ci il iyulun 1-i vəziyyətinə əsas istehlakçılarda 258,6 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 23,6% az mazut yanacağı, 16,0 min ton və ya 1,9% çox avtomobil benzini, 17,3 min ton və ya 14,6% çox dizel yanacağı, 2,7 min ton və ya 80,0% çox maye qaz, 2,2 min ton və ya 10,0% çox sürtgü yağları, 8,5 min ton və ya 54,5% çox daş kömür ehtiyatı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR