Bank Of Baku

Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsində fasilə yaranıb

Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsində fasilə yaranıb
# 25 iyul 2011 08:01 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsində fasilə yaranıb. APA-nın yerli bürosunun verdiyi məlumata görə, bu gün saat 09:30 radələrində Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarına qazın verilməsi dayandırılıb.

Zaqatala Qaz İstismarı İdarəsindən (Qİİ) APA-ya verilən məlumatda bildirilir ki, buna səbəb Yevlax-Balakən magistral qaz kəmərinin 12, 13, 36, 37 və 58-ci kilometrliyində qaz sızmalarının aşkar edilməsidir. Hazırda Ağdaş Magistral Qaz Kəmərləri İdarəsinin əməkdaşları qaz sızmalarını aradan qaldırmaq istiqamətində təmir işlərinə başlayıb. Günün sonuna kimi təmir işlərinin başa çatdırılması, bölgəyə təbii qazın verilməsinin bərpa ediləcəyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR