Bank Of Baku

ARDNŞ: Azərbaycan və Türkiyə arasında “Şahdəniz-2” layihəsi ilə bağlı sazişin hüquqi statusuna dair ziddiyyətlər var

ARDNŞ: Azərbaycan və Türkiyə arasında “Şahdəniz-2” layihəsi ilə bağlı sazişin hüquqi statusuna dair ziddiyyətlər var
# 25 iyul 2011 10:46 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bunu Türkiyənin “Today’s Zaman” qəzetinə verdiyi müsahibədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Xalik Məmmədov və idarə rəisi Vaqif Əliyev bildiriblər.

ARDNŞ rəsmilərinin sözlərinə görə, sazişin əksər detalları, o cümlədən tranzit haqqı, nəql ediləcək qazın miqdarı və nəql marşrutu üzərində iş başa çatıb. Bununla belə, tərəflər arasında bu sazişin hüquqi statusu və hüquqi detallarına dair ziddiyyətlər hələ həllini gözləyir.

V.Əliyev bildirib ki, “Şahdəniz-2” layihəsinin ümumi sərmayə portfelinin 25-30 mlrd. dollar təşkil edəcəyi güman edilir və bu cür iri layihə hərtərəfli, o cümlədən hüquqi baxımdan qorunmalıdır: “Sazişi tənzimləyəcək hüquqi baza rolunda Böyük Britaniya və ya İsveçrə qanunvericiliyi çıxış edə bilər. Təmaslarımız zamanı türkiyəli tərəfdaşlarımızla əksər məsələləri yoluna qoymuşuq. Bircə əldə edilmiş razılaşmalarımızı hüquqi baxımdan icbari sazişə çevirmək qalır”.

Şirkətin planlarından bəhs edən V.Əliyev vurğulayıb ki, ARDNŞ Yaxın Şərq bazarına Türkiyə vasitəsilə çıxmaq istəyir: “Biz artıq Yaxın Şərqdəki potensial alıcılarla ilkin təmaslar qurmuşuq. Suriyada vəziyyət sabitləşən kimi biz Yaxın Şərqə qaz ixrac etməyə başlayacağıq. Azərbaycan həmçinin İordaniya, İsrail və Yunanıstana da təbii qaz satmaq niyyətindədir”.

Bir qədər öncə ARDNŞ-nin səhmlərini aldığı Türkiyənin “Petkim” şirkətinin fəaliyyətinə toxunan V.Əliyev qeyd edib ki, bu il ARDNŞ bu türk şirkətinə 100 mln. dollar həcmində sərmayə yatıracaq. Qarşıdan gələn payız mövsümündə ARDNŞ İzmirdə yeni bir neft emalı zavodunun inşasına başlamağı da planlaşdırır.

Xatırladaq ki, «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları isə BP (əsas operator - 25,5%), «StatoilHydro» (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR