Bank Of Baku

Sentyabrda Varşavada Avropa İttifaqı, Azərbaycan və Türkmənistan arasında təbii qazın nəqlinə dair saziş üzrə danışıqlar başlayacaq

Sentyabrda Varşavada Avropa İttifaqı, Azərbaycan və Türkmənistan arasında təbii qazın nəqlinə dair saziş üzrə danışıqlar başlayacaq
# 26 iyul 2011 09:18 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Polşa hökümətinə istinadən ölkənin nufuzlu “Gazeta Wyborcza” nəşri məlumat verib.

Hazırda Avropa İttifaqına sədrlik edən Polşa Şərqi və Mərkəzi Avropa ölkələrinin ehtiyaclarını ödəyəcək qazın satışına və nəqlinə dair sazişin şərtləri üzrə işi tezləşdirmək niyyətindədir. İttifaq daxili hüquqi proseduralar tam tənzimlənəndən sonra rəsmi Varşava sentyabr ayı ərzində Bakı və Aşqabadla rəsmi danışıqlara start verməyi planlaşdırır. Qəzet yazır ki, qarşıdan gələn təmaslar zamanı Azərbaycan və Türkmənistandan qazın satışı və nəqlinə dair ilkin öhdəlik əldə edilsə, o halda “Nabucco” layihəsinin baş tutacağını söyləmək mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR