Bank Of Baku

Bakı və Abşeronun qaz kəmərlərinin elektron xəritəsi yaradılır

Bakı və Abşeronun qaz kəmərlərinin elektron xəritəsi yaradılır
# 28 iyul 2011 09:27 (UTC +04:00)
Bakı və Abşeron rayonu ərazilərində yerləşən yeraltı və yerüstü orta və yüksək təzyiqli qaz kəmərlərinin “ArcGİS” proqram təminatında elektron məlumat bazasının yaradılması üzrə işlər aparılır. Bu işlər Bakı və Abşeron rayonunun qaz təchizatı sisteminin yenidən qurulması layihəsi üzrə yeni şəbəkənin planlaşdırılması, hesablanması və mərkəzləşdirilmiş idarəetmə sisteminin yaradılması ilə əlaqədar həyata keçirilir.

ARDNŞ-dən “APA-ECONOMİCS”-ə verilən məlumata görə, artıq bu sahədə Xətai, Suraxanı, Xəzər, Nizami, Nərimanov, Nəsimi rayonları üzrə işlər başa çatdırılıb. Hazırda elektron bazanın şəbəkə məlumatları ilə tamamlanması işləri paytaxtın Yasamal rayonu ərazisində davam etdirilir. Yeni tətbiq olunan bu sistem vasitəsi ilə hər bir rayon üzrə elektron xəritə yaradılır.

Qeyd edək ki, bu elektron xəritədə digər elementlərlə yanaşı, yeraltı və yerüstü orta və yüksək təzyiqli qaz kəmərləri üzərində olan bütün avadanlıqlar, qurğular, tikililər və s. də əks olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR