Bank Of Baku

Bakıda beynəlxalq qaz konfransı keçiriləcək

Bakıda beynəlxalq qaz konfransı keçiriləcək
# 28 iyul 2011 13:06 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu il sentyabrın 21-23-də Bakıda “Xəzər Qaz İnfrastruktur Dünyası” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

APA-Economics”in xəbərinə görə, Avropanın qaz təchizatına həsr olunmuş konfransda regionun, xüsusilə Xəzər qazının Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllində rolu əsas müzakirə obyekti olacaq.

«Xəzər qazının potensialı illərlə müzakirə olunsa da, bu sahədə irəliləyişlərə nail olunmaq üçün az iş görülüb. İndi bu məsələni regionun böyük oyunçuları ilə müzakirə etmək vaxtıdır» - deyə konfrans təşkilatçılarının potensial iştirakçılara göndərdiyi dəvətdə bildirilir.

Konfransda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ), «BP», «OMV», «RWE» və «GDF Suez» şirkətlərinin, eləcə də Avropa Komissiyasının nümayəndələri iştirak edəcək. Tədbirin təşkilatçıları bu sahədə həyata keçirilən layihələr üçün investisiya imkanlarının olduğunu bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR