Bank Of Baku

İyun ayında işıqpuluna görə ödəniş 90%-ə çatıb

İyun ayında işıqpuluna görə ödəniş 90%-ə çatıb
# 29 iyul 2011 13:11 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Sayğaclara nəzarətin gücləndirilməsi, istehlakçıların elektrik enerjisindən təyinatı üzrə istifadə etmələri ilə bağlı təbliğat işinə baxmayaraq, sayğaclara müdaxilə halları davam edir ki, bu da sonda itkilərin artmasına və ödəniş səviyyəsinin aşağı düşməsinə səbəb olur. «APA-ECONOMICS»un məlumatına görə, bu barədə “Azərenerji” ASC-nin mətbuat xidməti məlumat yayıb.

ASC-nin məlumatına görə, iyun ayında müəssisə üzrə 507,7 mln. kVt/saat-dan artıq elektrik enerjisi istehlak edilib. Bu, ötən ilki həcmdən 5,5% artıqdır. Ötən ay enerjiyə görə ümumi ödəniş 90%-ə yaxın olub ki, bu da ötən ilin iyunundan 10%-ə yaxın çoxdur.

İyun ayında daimi əhali istehlakçı qrupu üzrə istehlak 145,8 mln. kVt/saatdan artıq olub ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 1,1 mln. kVt/saata yaxın azdır. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 7%-ə yaxın artaraq 95,3% olub.

İyun ayında ümumi ödənişdə 12 müəssisə üzrə ötən ayların debitor borcu da nəzərə alınmaqla 100%-dən yuxarı nəticə qeydə alınıb. Ən yüksək göstərici “Biləsuvar” EŞ-də (119,9%), ən aşağı isə “Samux” EŞ-də (62,1%) olub.

Daimi əhali istehlakçı qrupu üzrə ödənişdə 10 müəssisə üzrə 100% və ondan yuxarı nəticə qeydə alınıb. Ən yüksək göstərici “Sumqayıt” EŞ-də (ötən ayların debitor borcu nəzərə alınmaqla 145,3%), ən aşağı göstərici isə “Cəlilabad” EŞ-də (71,1%) qeydə alınıb.

Qeyd edək ki, cari ilin ötən 6 ayı ərzində müəssisə üzrə ümumilikdə 3 mlrd. 334,8 mln. kVt/saata yaxın elektrik enerjisi istehlak edilib. Ümumi ödəniş isə 83%-ə yaxın olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2% mütləq artım deməkdir. O cümlədən daimi əhali istehlakçı qrupunda istehlak 1 mlrd. 164 kVt/saatdan artıq olub ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 57,5 mln. kVt/saata yaxın azdır. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9% artaraq 85%-ə yaxın olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR