Bank Of Baku

Rusiya Azərbaycanla neft nəqli müqaviləsinə yenidən baxılmasını istəyir

Rusiya Azərbaycanla neft nəqli müqaviləsinə yenidən baxılmasını istəyir
# 01 avqust 2011 09:47 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə Rusiyanın “Vedomosti” nəşri şirkətdəki və Rusiya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Azərbaycan tərəfinə Bakı-Novorossiysk boru kəməri ilə nəql olunan neftin kvotasını 30-35% (ildə 3-3,5 mln. ton) azaltmaq təklif olunur. Bildirildiyinə görə, Azərbaycanla Rusiya arasında 1996-cı ildə imzalanmış müvafiq sazişə görə, hər il Azərbaycan bu boru kəməri ilə 5 mln. ton neft ixrac etməlidir: “Lakin bu öhdəlik yerinə yetirilmir. Məsələn, 2010-cu ildə nəql edilən neftin həcmi 2,2 mln. ton, 2009-cu ildə isə 2,5 mln. ton təşkil edib. Halbuki borunun nəql imkanı 7 mln. tondur”.

Şirkət iddia edir ki, kəmərin tam gücü ilə istismar olunmaması “Transneft”ə maddi ziyan vurur. Nəşrin bildirdiyinə görə, Azərbaycan tərəfi kvotanı azaltmağa razıdır, amma bunun müqabilində nəql tarifinin azaldılmasını istəyir. Bu isə Rusiya şirkətini qane etmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR