Bank Of Baku

Səngəçal terminalından I yarımillikdə 155 mln. barel neft ixrac olunub

Səngəçal terminalından I yarımillikdə 155 mln. barel neft ixrac olunub
# 22 avqust 2011 13:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin birinci yarısı ərzində Azərbaycanın Səngəçal terminalından (Xəzər dənizi sahili) təxminən 154,5 mln. barel neft ixrac olunub. Bunun 135,7 mln. bareli Bakı-Tbilisi-Ceyhan, 15,2 mln. bareli Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) marşrutu, 3,6 mln. bareli dəmir yolu vasitəsilə göndərilib. Bu barədə «APA-Economics»ə «BP-Azerbaijan» şirkətindən bildirilib.

Şirkətin məlumatına əsasən, 2011-ci ilin II rübü ərzində terminaldan gündəlik orta hesabla 17,7 mln. kubmetr «Şahdəniz» qazı ixrac edilib.

Qeyd edək ki, terminalın texniki emal sistemlərinin ümumi gücü hazırda gündə 1,2 mln. barel neft və «Şahdəniz» qazı üçün gündəlik 25,5 mln. kubmetr qaz (ümumi qaz emalı gücü isə gündəlik təqribən 39,5 mln. kubmetr) təşkil edir.

Qaz terminaldan əsasən Cənub Qaz Boru Kəməri və terminalın qaz emalı obyektlərini «Azəriqaz»ın qazpaylama sistemi ilə birləşdirən Azərbaycan Dövlət Neft Şirkətinə məxsus qaz kəməri ilə ixrac olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR