Bank Of Baku

Azərbaycanın Etilen-Polietilen Zavodunun bir neçə sexində izolyasiya işləri aparılıb

Azərbaycanın Etilen-Polietilen Zavodunun bir neçə sexində izolyasiya işləri aparılıb
# 22 avqust 2011 16:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azərikimya» İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda başlanılmış növbəti əsaslı təmir işlərinə müəssisənin, eləcə də Birliyin «Üzvi sintez», Səthi aktiv maddələr və Mexaniki-təmir zavodlarının aparıcı təmir briqadaları, Nəqliyyat və xüsusi texnika İdarəsinin 50-dən artıq maşın və mexanizmi cəlb olunub.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, artıq zavodun Buxar-generator kompleksində 1 saylı turbin 2001-ci ildən bəri ilk dəfə olaraq təftiş, müayinə və təmir olunmaq üçün açılıb. Bu prosesdə Yaponiyadan dəvət olunmuş mütəxəssislər də yaxından iştirak edirlər.

İndiyədək görülən tədbirlər nəticəsində zavodun bir sıra sexlərində ehtiyac duyulan izolyasiya işləri başa çatdırılıb. Digər sahələrdə isə əsaslı təmir işləri davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR