Bank Of Baku

«Azneft» İstehsalat Birliyində yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib

«Azneft» İstehsalat Birliyində yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib
# 22 avqust 2011 16:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azneft» İstehsalat Birliyində yanğın təhlükəsizliyi və yanğınsöndürmə vasitələrinə texniki qulluq məsələləri ilə bağlı müşavirə keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, müşavirədə çıxış edən «Azneft» İB-nin baş direktorunun müavini Cəlair Səmədov yanğın təhlükəsizliyi tədbirləri-yanğın təhlükəsizliyinin təmin edilməsi, bu prosesə verilən tələblərin yerinə yetirilməsi sahəsində son dövrdə görülən işlər haqqında məlumat verib.

Qeyd olunub ki, Birliyin bütün istehsalat sahələri yanğın təhlükəsizliyinin təmin olunması məqsədi ilə ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunub və bu istiqamətdə yenilənmə işləri mütəmadi olaraq aparılır.

Risklərin idarə edilməsi sisteminin praktikada tətbiqi metodologiyasına həsr olunmuş təqdimatda qeyd olunub ki, idarəetmə qərarlarının effektiv həyata keçirilməsində və istehsalatda daimiliyin qorunmasında risklərin qiymətləndirilməsi mühüm rol oynayır.

Təqdimatda əməliyyatların daha da planlı və etibarlı şəkildə icra olunması üçün hər bir əməkdaşın fəaliyyəti ilə bağlı risklərin dəyərləndirilməsinin vacibliyi vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR