Bank Of Baku

Azərbaycanın mədənçıxarma bölməsində istehsalın həcmi azalıb

Azərbaycanın mədənçıxarma bölməsində istehsalın həcmi azalıb
# 23 avqust 2011 10:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yeddi ayı ərzində Azərbaycanın mədənçıxarma bölməsində istehsalın həcmi 13,7 mlrd. manat olmaqla ötən ilin müvafiq dövrünün səviyyəsindən 5,2% az olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sahənin əsas məhsulu hesab olunan xam neft hasilatı 27,7 mln. ton, təbii qaz hasilatı isə 15,1 mlrd. kubmetr təşkil edib ki, neft hasilatı 6,9%, qaz hasilatı isə 1,9% azalıb.

«Mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən yeddi ay ərzində 1,7 mln. ton çınqıl, qırma daş, xırda çay daşı, 485,9 min ton tikinti qumu, 196,8 min ton inşaat üçün əhəng daşı və s. istehsal edilib. Qızıl hasilatı 3,2% azalıb, gümüşün hasilatı isə 45,3% artıb», - deyə Komitədən bildirilib.

Qeyd edək ki, cari ilin yanvar-iyul ayları ərzində Azərbaycanın sənaye sahələrində 18 mlrd. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 11,1% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR