Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun illik hesabatı dərc edilib

Azərbaycan Dövlət Neft Fondunun illik hesabatı dərc edilib
# 23 avqust 2011 13:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2010-cu ildə fəaliyyəti haqqında hesabatı və maliyyə fəaliyyəti haqqında hesabatının auditinin nəticələrini özündə əks etdirən illik hesabatı dərc edilib.

Fonddan «APA-Economics»ə verilən məlumata görə, ARDNF-in 2010-cu ildə fəaliyyəti haqqında illik hesabatının strukturu və təqdimat üslubu təkmilləşdirilib, illik hesabatın tərtibat konsepsiyasında yeniliyin tətbiqinə başlanılıb.

«Fond tərəfindən dərc edilmiş 2010-cu il üzrə hesabatın tərtibatı Azərbaycan şairi Nizami Gəncəviyə həsr edilib. Neft Fondunun illik hesabatının ədəbi əsərlərlə zənginləşdirilmiş yeni tərtibat üslubu eyni zamanda Azərbaycan ədəbiyyatının xarici auditoriyaya tanıdılması prosesinə Fondun kiçik bir töhfəsi olacaq», - deyə ARDNF-dən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR