Bank Of Baku

Bakı-Ceyhan neft kəməri üzrə əsaslı xərclərə bu il 66 mln. dollar sərf olunacaq

Bakı-Ceyhan neft kəməri üzrə əsaslı xərclərə bu il 66 mln. dollar sərf olunacaq
# 23 avqust 2011 15:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri üzrə əsaslı xərclərin həcmi 8 mln. ABŞ dolları təşkil edib.

«BP Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ildə BTC üzrə əsaslı xərclərin ümumi həcmi 65,9 mln. dollar olacağı planlaşdırılır.

Şirkətdən həmçinin bildirilib ki, 2006-cı ilin iyun ayının 4-də ilk tankerin Ceyhandan yola salınmasından bu ilin II rübünün sonunadək BTC vasitəsilə nəql edilmiş təxminən 163,7 mln. ton xam neft Ceyhanda 1 572 tankerə yüklənilib və dünya bazarlarına göndərilib.

BTC ilə nəql edilmiş neftlə yüklənmiş 1 600-cü tanker 2011-ci il iyulun 29-da Ceyhandan yola salınıb. Avqustun 22-dək BTC vasitəsilə göndərilmiş 169 mln. ton xam neft 1 624 tankerə yüklənilib və dünya bazarlarına göndərilib».

Cari ilin ilk yarısında isə BTC vasitəsilə ümumilikdə təqribən 18,2 mln. ton və neft ixrac olunub.

Qeyd edək ki, hazırda BTC-nin gündəlik ötürmə gücü 1,2 mln. bareldir. BTC-nin səhmdarları sırasına «BP-Azerbaijan» (30,1%), AzBTC (25%), «Chevron» (8,9%), «Statoil» (8,71%), TPAO (6,53%), ENI (5%), «Total» (5%), «Itochu» (3,4%), Inpex (2,5%), «ConocoPhillips» (2,5%) və «Hess» (2,36%) şirkətləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR