Vətəndaşları Azərbaycan Dövlət Neft Şirkətinə pul ilə işə düzəltməyi təklif edən dələduz yaxalanıb
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, son dövrdə Şirkətin qazandığı nailiyyətlərdən və xalq arasında nüfuzunun artmasından istifadə edən bəzi işbazlar tərəfindən ayrı-ayrı vətəndaşların işə düzəldilmək adı ilə aldadılması faktları qeydə alınıb: «Bu günlərdə Bakının Keşlə qəsəbəsində, Qasım bəy Zakir küçəsi,24 ünvanında yaşayan Səfərov Elmin Namaz oğlu ARDNŞ-ə müraciət edərək Gülüşov Rizvan Mətləb oğlu tərəfindən aldadıldığını, Şirkətin Kompleks Qazma İşləri Trestinin «Neft Daşları» Dəniz Qazma İşləri İdarəsinə fəhlə vəzifəsinə işə düzəltmək adı ilə ondan və həmkəndlisi Zaur Quliyevdən müəyyən məbləğdə pul alındığını bildirib. «Neft Daşları» Dəniz Qazma İşləri İdarəsində qazmaçı köməkçisi vəzifəsində çalışan Rizvan Gülüşov bu məsələ ilə bağlı verdiyi izahatda Elmin Səfərovu və Zaur Quliyevi işə düzəltmək adı ilə aldadaraq onların etibarından sui-istifadə edib pul aldığını etiraf edib».
ARDNŞ rəhbərliyi Rizvan Mətləb oğlu Gülüşovun əməlində Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətinin əlamətləri olduğu üçün daxili təhqiqat zamanı toplanmış materialları onun əməllərinə hüquqi qiymət verilməsi məqsədi ilə hüquq-mühafizə orqanlarına təqdim edib. Vətəndaşları ARDNŞ-nin idarə və müəssisələrinə işə düzəltmək adı ilə yol verilmiş dələduzluq faktları əvvəllər də qeydə alınıb.
Bir müddət əvvəl Şirkətin Kompleks Qazma İşləri Trestinin «Bayıl Limanı» Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsində Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin rəisi Mehdiyev Fərhad Mehdi oğlunun 2 nəfərdən pul alaraq, onları «Azneft» İstehsalat Birliyinin «Neft Daşları» Neft və Qazçıxarma İdarəsində işə düzəltməsi haqda şikayətlər ARDNŞ-nin baş ofisinin Audit Departamenti tərəfindən səlahiyyətləri çərçivəsində araşdırılıb, onun izahatı alınaraq müvafiq hüquq-mühafizə orqanına göndərilib. F.Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması təmin edilib və barəsində toplanmış cinayət işinin materialları baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
«ARDNŞ bir daha ölkə vətəndaşlarının nəzərinə çatdırır ki, onun idarə və müəssisələrində işə düzəltmək haqqında verilən vədlərə aldanaraq fırıldaqçı əməllərin girovuna çevrilməsinlər. Dövlət Neft Şirkətinə işə qəbul yalnız və yalnız vakant yerlər üzrə müraciət edən vətəndaşların bilik, bacarıq və səriştəsi Şirkətin İnsan Resursları Departamenti tərəfindən yoxlanılmaq şərti ilə həyata keçirilir və bu prosesdə iddiaçıların peşə keyfiyyətləri həlledici rol oynayır», - deyə ARDNŞ-dan bildirilib.
Sənaye və energetika
Dünya bazarlarında neft yenidən bahalaşır
"NYMEX" əmtəə birjasında təbii qazın qiyməti artıb
Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq
Xəbər Lenti
Sabahın havası açıqlanıb
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub - FOTO - YENİLƏNİB
TDT Baş katibi: Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
AMB: Azərbaycanda 100 mindən çox POS-terminal QR ödənişlərini dəstəkləyir
Ramil Mahmudov: Açıq bankçılıq layihəsi açıq maliyyə modelinə genişləndiriləcək
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiya komandalarının hərbi vətənpərvərlik toplanışı keçirilib
Mərkəzi Bank: Dövlət ödənişlərinin Ani Ödənişlər Sistemi ilə hesablaşmaları 20 dəfədən çox artıb
Niyə bəzi insanlar sığorta təminatını ala bilmirlər?
Bu il yerli ərzaqlıq buğdanın bir tonu 400 manata tədarük olunacaq
Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq edilib
"Rabitəbank"dan 33 illik yubileyinə özəl Nağd pul krediti kampaniyası
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
Baş katib: Bakıda keçirilən toplantı Türk dünyasının tarixində yeni mərhələnin başlandığını göstərir
İran və Oman Hörmüz Birgə Komitəsinin ilk iclasını Məsqətdə keçiriblər
AMB: AzQR ödənişlərinin sayı 30 dəfədən çox artıb
AMB: Ani Ödənişlər Sisteminin aylıq dövriyyəsi 1 mlrd. manatı ötüb
"AccessBank" Xəzərdə təmizlik aksiyası keçirib
"Türk Dünyası Həftəsi" çərçivəsində Ağdam və Şuşada tədbirlər keçiriləcək
Şavkat Mirziyoyev: Türkologiya elminin qarşısında yeni vəzifələr meydana çıxır
Azad edilmiş ərazilərdə daha 73 mina, 329 PHS aşkarlanıb
Tokayev: Azərbaycan qardaş xalqlar arasında əlaqələrin inkişafına mühüm töhfə verir
Sadır Japarov: Birinci Türkoloji Qurultayın 100 illik yubiley tədbiri türk xalqlarının dostluğunu daha da möhkəmləndirəcək
Baş prokuror Xətai rayonunda qəbul keçirəcək
Ərdoğan: Azərbaycan bu gün Türk dövlətlərinin ortaq məqsədlərinə töhfə verir
Pakistanın zərbələri nəticəsində Əfqanıstanda 36 nəfər ölüb, 163 nəfər yaralanıb
Ermənistanda yanmış avtomobildə dörd nəfərin meyiti tapılıb
Dövlət başçısı: TDT-nin müasir mərhələdə gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır
Prezident: Birinci Türkoloji Qurultayın 100 illiyinin keçirilməsinə dair irəli sürdüyüm təşəbbüsün reallaşması məmnunluq doğurur
Tokayev və Japarov “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb
Prezident Birinci Türkoloji Qurultayın 100 illik yubiley tədbirinin iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB
Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının 28-ci İllik Toplantısı və Biznes Forumu keçiriləcək
AMB: Yeni maliyyə sektoru strategiyasında rəqəmsallaşma və süni intellekt əsas prioritetlərdən olacaq
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında iştirak ediblər
Bakıda Ağ Amerika kəpənəyi ilə əlaqədar ağaclarda dərmanlama işləri aparılır
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
AMB: Azərbaycanda kriptoaktivlərlə bağlı qanun ilin sonunadək qəbul oluna bilər
Rusiya Zaporojyeyə son sutkada 1000-ə yaxın zərbə endirib: 4 nəfər ölüb, 28 yaralı var
Dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı test imtahanına qeydiyyat davam edir
FHN: Ötən həftə 576 yanğına çıxış olub, 69 nəfər xilas edilib - VİDEO
Assosiasiya sədri: Azərbaycan rəqəmsal maliyyə ekosistemini formalaşdıran əsas iştirakçılardan birinə çevrilib
Ağcabədidə 24 yaşlı oğlanı cərəyan vuraraq öldürüb
APA TV-də XƏBƏRAPARAN - CANLI
Rəsmi Bakı İsrail hökumətini qondarma “erməni soyqırımı” ilə bağlı qərarını yenidən nəzərdən keçirməyə çağırıb
Sərnişin daşımalarına dair müqavilənin şərtləri təsdiqlənib
Azərbaycan Ordusunda gənc zabitlərlə nümayiş məşğələləri keçirilib
Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanılıb - VİDEO
Saatlıda 8 kq narkotik dövriyyədən çıxarılıb
Bu günün valyuta məzənnələri
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır