Bank Of Baku

Bakı-Ərzurum qaz kəməri ilə bağlı bu il 3,7 mln. dollar həcmində əsaslı xərclər çəkilib

Bakı-Ərzurum qaz kəməri ilə bağlı bu il 3,7 mln. dollar həcmində əsaslı xərclər çəkilib
# 23 avqust 2011 16:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yarısında Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə bağlı fəaliyyətə 3,7 mln. ABŞ dolları həcmində əsaslı xərclər sərf edilib.

«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilə məlumata görə, cari ilin II rübü ərzində CQBK-nın orta ötürücülük gücü gündə 12,3 mln. kubmetr qaz və ya gündə təqribən 77,5 min barel neft ekvivalenti olub.

Qeyd edək ki, Bakı-Tiflis-Ərzurum kəməri 2006-cı ilin sonunda istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə «Şahdəniz» qazını çatdırır.

Kəmərin səhmdarları sırasına BP (texniki operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), «Azərbaycan CQBK Ltd.» (10%), «LUKoil» (10%), «NICO» (10%), «Total» (10%) və TPAO (9%) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR