«Şahdəniz-II» layihəsi üzrə qazın nəqli üçün tarif təklifi oktyabrın 1-dək konsorsiuma təqdim olunacaq
Şirkətin məlumatına əsasən, «Şahdəniz»in tammiqyaslı işlənməsi yeni cənub qaz dəhlizi vasitəsilə Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdırmaqla Avropa bazarlarının qaz təchizatını və enerji mənbələrinin müxtəlifliyini artırmaq məqsədi daşıyan nəhəng bir layihədir: «Bu layihənin birinci mərhələsində olan ildə təqribən 9 mlrd. kubmetr qaza ildə 16 mlrd. kubmetr qaz əlavə edəcəyi nəzərdə tutulur. «Şahdəniz»in tammiqyaslı işlənməsi dünyanın ən böyük qaz işlənməsi layihələrindən biridir, yeni Cənub Dəhlizi isə Avropa qaz idxalının təhlükəsizliyi və çoxşaxəliliyini əsaslı şəkildə artıracaq».
Şirkətdən həmçinin bildirilib ki, ilk qazın 2017-ci ildə əldə edilməsini təmin etmək üçün layihə üzrə mühəndis-layihə işləri irəliyə doğru gedir.
«İndiki planlara görə, «Şahdəniz»in tammiqyaslı işlənməsi konsepsiyasına körpü ilə birləşdirilmiş iki yeni platforma, 2 yarımdalma qazma qurğusundan qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində 500 km uzunluğunda sualtı boru kəməri şəbəkəsi, Azərbaycan və Gürcüstan ərazilərində yeni boru kəməri və kompressor vasitəsilə ildə 16 mlrd. kubmetr əlavə qaz ixracı gücünün əldə olunması və Səngəçal terminalının genişləndirilməsi daxildir», - deyə «BP-Azerbaijan» şirkətindən qeyd olunub.
Planlara həmçinin, tammiqyaslı işlənmə qazını Gürcüstan-Türkiyə sərhədinə layihənin özü çatdıracağı, qazın Türkiyə ərazisindən Avropa bazarlarına nəqli üçün ya Türkiyənin mövcud infrastrukturundan, ya da yeni boru kəməri infrastrukturundan istifadə olunacağı daxildir: «Layihə hazırda bütün variantları qiymətləndirmək üzərində işləyir».
«Bu ilin avqustun 10-da Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) «Şahdəniz» ixrac danışıqları qrupunun rəhbəri kimi «Şahdəniz» qazının Avropaya nəqli üçün Avropa İttifaqının üç əsas perspektiv boru kəməri qrupuna öz təkliflərini təqdim etmək dəvəti və məlumat üçün sorğu göndərdiyini elan edib. Bu perspektiv qruplar ITGI (Türkiyə, Yunanıstan və İtaliya), Trans Adriatik qaz kəməri (Trans Adriatic Pipeline - TAP) və «Nabucco»dur», - deyə şirkətdən bildirilib.
«Şahdəniz» bu sənədlərdə boru kəməri qruplarından onların layihələrini qiymətləndirmək və ixrac həlli üçün qərar qəbul etməkdən ötrü tələb olunan məlumatların konsorsiuma təqdim olunmasını xahiş edib. Qazın nəqli üçün tarif təklifi və bununla bağlı şərtlər və müddəalar, eləcə də layihələrin daha geniş aspektlərini əhatə edən müfəssəl məlumatları özündə əks etdirməli olan təklif sənədlərinin konsorsiuma təqdim olunmasının son tarixi oktyabrın 1-i müəyyənləşdirilib», - deyə «BP-Azerbaijan»dan bildirilib.
Xatırladaq ki, «Şahdəniz» yatağın ehtiyatları 1,2 trln. kubmetr həcmində qiymətləndirilir və hazırda «Şahdəniz» yatağında hasilat 4 quyudan aparılır. Layihənin iştirakçıları isə BP (əsas operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
Sənaye və energetika
Dünya bazarlarında neft yenidən bahalaşır
"NYMEX" əmtəə birjasında təbii qazın qiyməti artıb
Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq
Xəbər Lenti
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub - FOTO - YENİLƏNİB
TDT Baş katibi: Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
AMB: Azərbaycanda 100 mindən çox POS-terminal QR ödənişlərini dəstəkləyir
Ramil Mahmudov: Açıq bankçılıq layihəsi açıq maliyyə modelinə genişləndiriləcək
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiya komandalarının hərbi vətənpərvərlik toplanışı keçirilib
Mərkəzi Bank: Dövlət ödənişlərinin Ani Ödənişlər Sistemi ilə hesablaşmaları 20 dəfədən çox artıb
Niyə bəzi insanlar sığorta təminatını ala bilmirlər?
Bu il yerli ərzaqlıq buğdanın bir tonu 400 manata tədarük olunacaq
Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq edilib
"Rabitəbank"dan 33 illik yubileyinə özəl Nağd pul krediti kampaniyası
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
Baş katib: Bakıda keçirilən toplantı Türk dünyasının tarixində yeni mərhələnin başlandığını göstərir
İran və Oman Hörmüz Birgə Komitəsinin ilk iclasını Məsqətdə keçiriblər
AMB: AzQR ödənişlərinin sayı 30 dəfədən çox artıb
AMB: Ani Ödənişlər Sisteminin aylıq dövriyyəsi 1 mlrd. manatı ötüb
"AccessBank" Xəzərdə təmizlik aksiyası keçirib
"Türk Dünyası Həftəsi" çərçivəsində Ağdam və Şuşada tədbirlər keçiriləcək
Şavkat Mirziyoyev: Türkologiya elminin qarşısında yeni vəzifələr meydana çıxır
Azad edilmiş ərazilərdə daha 73 mina, 329 PHS aşkarlanıb
Tokayev: Azərbaycan qardaş xalqlar arasında əlaqələrin inkişafına mühüm töhfə verir
Sadır Japarov: Birinci Türkoloji Qurultayın 100 illik yubiley tədbiri türk xalqlarının dostluğunu daha da möhkəmləndirəcək
Baş prokuror Xətai rayonunda qəbul keçirəcək
Ərdoğan: Azərbaycan bu gün Türk dövlətlərinin ortaq məqsədlərinə töhfə verir
Pakistanın zərbələri nəticəsində Əfqanıstanda 36 nəfər ölüb, 163 nəfər yaralanıb
Ermənistanda yanmış avtomobildə dörd nəfərin meyiti tapılıb
Dövlət başçısı: TDT-nin müasir mərhələdə gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır
Prezident: Birinci Türkoloji Qurultayın 100 illiyinin keçirilməsinə dair irəli sürdüyüm təşəbbüsün reallaşması məmnunluq doğurur
Tokayev və Japarov “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb
Prezident Birinci Türkoloji Qurultayın 100 illik yubiley tədbirinin iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB
Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının 28-ci İllik Toplantısı və Biznes Forumu keçiriləcək
AMB: Yeni maliyyə sektoru strategiyasında rəqəmsallaşma və süni intellekt əsas prioritetlərdən olacaq
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında iştirak ediblər
Bakıda Ağ Amerika kəpənəyi ilə əlaqədar ağaclarda dərmanlama işləri aparılır
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
AMB: Azərbaycanda kriptoaktivlərlə bağlı qanun ilin sonunadək qəbul oluna bilər
Rusiya Zaporojyeyə son sutkada 1000-ə yaxın zərbə endirib: 4 nəfər ölüb, 28 yaralı var
Dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı test imtahanına qeydiyyat davam edir
FHN: Ötən həftə 576 yanğına çıxış olub, 69 nəfər xilas edilib - VİDEO
Assosiasiya sədri: Azərbaycan rəqəmsal maliyyə ekosistemini formalaşdıran əsas iştirakçılardan birinə çevrilib
Ağcabədidə 24 yaşlı oğlanı cərəyan vuraraq öldürüb
APA TV-də XƏBƏRAPARAN - CANLI
Rəsmi Bakı İsrail hökumətini qondarma “erməni soyqırımı” ilə bağlı qərarını yenidən nəzərdən keçirməyə çağırıb
Sərnişin daşımalarına dair müqavilənin şərtləri təsdiqlənib
Azərbaycan Ordusunda gənc zabitlərlə nümayiş məşğələləri keçirilib
Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanılıb - VİDEO
Saatlıda 8 kq narkotik dövriyyədən çıxarılıb
Bu günün valyuta məzənnələri
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır