Bank Of Baku

Bu ilin sonunadək «Azəri-Çıraq-Günəşli»də daha 5 hasilat quyusu qazılacaq

Bu ilin sonunadək «Azəri-Çıraq-Günəşli»də daha 5 hasilat quyusu qazılacaq
# 25 avqust 2011 13:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yarısında Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunda 3 hasilat quyusunun qazılması tamamlanıb ki, 2011-ci ilin sonunadək daha 5 quyunun tamamlanacağı planlaşdırılır. Bu barədə «APA-Economics»ə «BP-Azerbaijan» şirkətindən bildirilib.

Şirkətin məlumatına əsasən, bundan başqa, hesabat dövründə «Çıraq» Neft Layihəsinin bir hissəsi olaraq bir neçə öncə qazma quyusu da qazılıb, 8 qazma qurğusundan üçündə planlaşdırılmış profilaktik işlər aparılır: «Çıraq» platformasındakı qazma qurğusunda aparılan planlaşdırılmış profilaktik işlər 2012-ci ilin I rübünün sonunadək davam edəcək».

Şirkətdən həmçinin bildirilib ki, «Mərkəzi Azəri» platformasında bu ilin mart ayında B04z yanaqazma hasilat quyusu tamamlandıqdan bəri platformadakı qazma qurğusunda profilaktik işlər davam etdirilir: «Qazma işləri cari ilin III rübü ərzində bərpa olunacaq və ilin qalan hissəsi üçün planımız B18y hasilat quyusunu qazmaq və sonra B01y qaz injektor quyusunu qazmağa başlamaqdır. Bu quyunun 2012-ci ilin I rübündə təhvil veriləcəyi planlaşdırılır».

«Qərbi Azəri» platformasında isə C25z hasilat quyusu 2011-ci ilin I rübündə tamamlanıb: «Bu ilin III rüb ərzində daha bir hasilat quyusunu təhvil verməyi planlaşdırırıq».

«Şərqi Azəri»də hesabat dövründə D19 hasilat quyusu tamamlanıb və neft-su kontaktının hazırkı vəziyyətini qiymətləndirmək üçün D20 pilot quyusu qazılıb. Sonradan D-20 quyusu qapanaraq həmin lülədən D20z quyusu qazılmağa başlanılıb. Hazırda həmin quyunu qazılır ki, «BP-Azerbaijan» onu 2011-ci ilin IV rübündə bitirməyi planlaşdırır.

Bundan başqa, «Dərinsulu Günəşli» platformasında hazırda E15 hasilat quyusunu qazılır. Burada aparılan qazma işləri cari ilin III rübündə başa çatacaq: «İlin qalan hissəsində isə növbəti quyunu qazacağıq. Bu quyunun təhvil verilməsi 2012-ci ilin I rübünə planlaşdırılır».

Qeyd edək ki, AÇG yataqlarının işlənməsi layihəsində BP (operator – 35,78%), Azərbaycan Dövlət Neft Şirkəti (11,65%), «Chevron» (11,27%), «Inpex» (10,96%), «Statoil» (8,56%), «ExxonMobil» (8%), TPAO (6,75%), «Itochu» (4,3%) və «Hess» (2,72%) şirkətləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR