Bank Of Baku

ARDNŞ-ın Ekologiya İdarəsində müşavirə keçirilib

ARDNŞ-ın Ekologiya İdarəsində müşavirə keçirilib
# 26 avqust 2011 12:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsində əməyin mühafizəsi və təhlükəsizlik texnikası məsələlərinə həsr edilmiş müşavirə keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan idarənin baş mühəndisi Yaqub Ağasiyev istehsalatda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, bədbəxt hadisələrin, qəzaların, peşə xəstəliklərinin qarşısının alınması və onların başvermə səbəblərindən danışıb.

Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və beynəlxalq idarəetmə sistemlərinin tətbiqi şöbəsinin rəisi Rauf Kəsəmənli 2011-ci ilin əvvəlindən bu günə qədər struktur bölmələrdə təhlükəsizlik norma və qaydaları üzrə aşkar edilmiş pozuntular barədə məruzə edərək, risklərin qiymətləndirilməsi, idarə olunması və önləyici tədbirlərin həyata keçirilməsi barədə müşavirə iştirakçılarını məlumatlandırıb.

Müşavirədə qeyd edilib ki, bu kimi pozuntuların təkrarlanmaması üçün təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət gücləndirilməli, işçi heyət təlimatlandırılmalı, təhlükəli iş sahələrində risklər öncədən qiymətləndirilməli, bütün işçilərin qoruyucu və fərdi mühafizə vasitələrindən normalara uyğun şəkildə istifadə etmələri tam təmin olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR