Bank Of Baku

ARDNŞ-da işə qəbul qaydaları dəyişir - YENİLƏNİB

ARDNŞ-da işə qəbul qaydaları dəyişir - <font color=red>YENİLƏNİB</font>
# 27 avqust 2011 16:30 (UTC +04:00)
APA-ECONOMICS”in xəbərinə görə, bu barədə şirkətin baş ofisində keçirilən seminar-müşavirədə ARDNŞ-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib.

X.Məmmədov deyib ki, dəyişikliklərə əsasən, sentyabr ayından etibarən işə qəbulla bağlı ARDNŞ-ın İnsan resursları departamentinə yazılı müraciətlərin qəbul olunması dayandırılacaq, müraciətlər yalnız onlayn qəbul olunacaq: “Bunun üçün şirkətin internet saytında “Karyera” bölməsi yaradılıb. Bu bölməyə daxil olmaqla şirkətin strukturlarındakı vakansiyalar və onları tutmaq üçün qoyulan tələblər yerləşdiriləcək. Hər hansı vakant yeri tutmaq istəyən şəxs elektron şəkildə müraciət edib test üsulu ilə keçiriləcək müsabiqədə iştirak edə bilər”.

ARDNŞ-ın struktur, idarə və müəssisə rəhbərlərinin, kadr xidmətləri rəislərinin və İnsan resursları departamenti əməkdaşlarının qatıldığı seminar-müşavirədə bildirilib ki, işə qəbul prosesi departament tərəfindən həyata keçiriləcək, vakansiyalar üzrə tələblər daha təfərrüatlı olacaq: «Dövlət Neft Şirkətinə işə qəbul prosesi tam şəffaf keçəcək, müraciətlər elektron formada qəbul ediləcək, bu müraciət formasını dolduran adam hansı ixtisas, peşə və vakansiya üzrə müraciət edir. Onun müraciəti avtomatik formada bazaya daxil olacaq».

Şirkətdə işçilərin yerləşdirmə qaydaları da dəyişib. X.Məmmədovun sözlərinə görə, ARDNŞ-n hansısa strukturunda vakansiya yarananda bu yeri tutmaq üçün əvvəlcə həmin strukturun özündə, yer tutulmasa, bütün şirkət üzrə müsabiqə elan olunacaq: «Bundan sonra da vakansiya tutulmasa, onunla bağlı ölkə üzrə müsabiqə elan ediləcək».

Vitse-prezidentin sözlərinə görə, ARDNŞ-yə müraciət edənlərin yaş həddi ilə bağlı hələlik heç bir məhdudiyyət nəzərdə tutulmayıb, amma bu gələcəkdə qoyula bilər: «Hələlik biz elə bir yaş həddi qoymamışıq, amma gələcəkdə tələbat olsa, bu addım atıla bilər. Hələlik isə pensiya yaşına qədər istənilən şəxs ona uyğun vakansiyaların tutulması üçün müraciət edə bilər».

Bununla yanaşı, şirkət rəsmisi bildirib ki, işə qəbul zamanı gənclərə daha çox üstünlük veriləcək. Eyni zamanda bəzi kateqoriyalardan olan şəxslər şirkətə işə müsabiqəsiz qəbul olunacaq. Bunlar ölkə daxilində təhsil alaraq ARDNŞ-ın daxili təqaüd müsabiqəsində şirkətin təqaüdünü iki dəfədən az olmayaraq alan tələbələr, Neft Şirkətinin göndərişi ilə xaricdə təhsil alıb ölkəyə qayıdan işçilər, eləcə də ARDNŞ-da işləyərək hərbi xidmətə gedib geri qayıdanlardır.

İddiaçının bilik səviyyəsi və peşə bacarığı şirkətin müvafiq strukturlarında yoxlanacaq. O qədər də əhəmiyyəti olmayan təsərrüfat işləri (xadimə, bağban və s.) üzrə işə qəbul isə strukturların özləri tərəfindən həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR