Bank Of Baku

Azərbaycan yaxın 10 ildə enerjinin 10%-ni alternativ mənbələr hesabına istehsal edəcək

Azərbaycan yaxın 10 ildə enerjinin 10%-ni alternativ mənbələr hesabına istehsal edəcək
# 01 sentyabr 2011 09:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın 10 il ərzində Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə ölkənin ümumi generasiya gücünün 10%-ni təşkil edəcək. «APA-Economics»in məlumatına görə, bunu Nazirliyin investisiya və sənaye obyektlərinin yenidən qurulması şöbəsinin müdiri Ramiz Rzayev bildirib.

Onun sözlərinə görə, sözügedən sahənin inkişafına dair müvafiq tədbirlər planı hazırlanır və artıq 2015-ci, 2020-ci və 2030-cu illər üçün proqnozlar mövcuddur: «Yaxın 10 il ərzində alternativ və bərpa olunan enerji mənbələrindən istifadə ölkənin ümumi generasiya gücünün 10%-ni təşkil edəcək. Bu da təxminən 600-700 MVt/saat elektrik enerjisi deməkdir».

Qeyd edək ki, hazırda Sənaye və Energetika Nazirliyi və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə dair yeni strategiya hazırlanır. Strategiya sözügedən sahənin 2030-cu ilədək inkişafını nəzərdə tutur və artıq gələn ilin I rübündə hazır olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR