Bank Of Baku

Ukrayna Rusiya ilə qazla bağlı anlaşmaq üçün daha bir cəhd edəcək

Ukrayna Rusiya ilə qazla bağlı anlaşmaq üçün daha bir cəhd edəcək
# 01 sentyabr 2011 09:57 (UTC +04:00)
Bakı - APA-Economics. Ukrayna Rusiya ilə qaz müqavilələri üzrə anlaşmaq üçün daha bir cəhd edəcək. “APA-Economics”in xəbərinə görə, bu bəyanatla Ukraynanın baş naziri Nikolay Azarov çıxış edib.

Taras Şevçenko adına Kiyev Milli Universitetinin tələbələri ilə görüşən N.Azarov Rusiya ilə dostluq münasibətlərini yüksək qiymətləndirdiklərini bildirib: “Biz normal və bərabər hüquqlu münasibət istəyirik, ona görə də bir daha anlaşmağa cəhd edəcəyik. Əgər bu baş verməsə, məsuliyyət bizim arqumentləri dinləmək istəməyən rəhbərlərin üzərinə düşəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR