Bank Of Baku

Koreya Azərbaycana Sənayenin İnkişaf Proqramının hazırlanmasına yardım edəcək

Koreya Azərbaycana Sənayenin İnkişaf Proqramının hazırlanmasına yardım edəcək
# 01 sentyabr 2011 11:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Sənaye və Energetika Nazirliyi ilə Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) arasında sənayenin inkişafı proqramının hazırlanmasına dair razılıq əldə olunub. «APA-Economics»in məlumatına görə, bunu Nazirliyin investisiya və sənaye obyektlərinin yenidən qurulması şöbəsinin müdiri Ramiz Rzayev bildirib.

Onun sözlərinə görə, iki qurum arasında Azərbaycan sənayesinin qeyri-neft sektorunun inkişafı üzrə proqramın hazırlanması istiqamətində «Ümumdünya Dost Məsləhətləri» Proqramı çərçivəsində məsləhət xidmətinin göstərilməsi barədə razılığa gəlinib: «Bununla əlaqədar olaraq KOICA-nın eksperti Azərbaycana ezam olunub ki, o, 1 il müddətində Azərbaycanda olacaq və ölkənin müvafiq qurumlarının mütəxəssisləri ilə birlikdə Sənayenin İnkişafı Proqramının hazırlanması üzərində iş aparacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR