Bank Of Baku

Kulevi terminalı modifikasiya olunacaq

Kulevi terminalı modifikasiya olunacaq
# 01 sentyabr 2011 12:02 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus Gürcüstandakı Kulevi neft terminalı modifikasiya olunacaq.

APA-Economics”in “Business Georgia” nəşrinə istinadən xəbərinə görə, bu barədə terminal rəhbərliyi açıqlama yayıb.

Bildirildiyinə görə, artıq müvafiq layihə hazırdır və yaxın zamanlarda həyata keçirilməsinə başlanacaq. Modifikasiya terminal estakadasında yük qatarından neft məhsulunun axıntısını sürətləndirmək məqsədi daşıyır. Bu addım neft məhsullarının daşınma və nəqlini daha da tezləşdirəcək. Modifikasiya başa çatandan sonra Kulevi terminalı hər gün 162 sistern qatar qəbul edə biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR