Bank Of Baku

Azərbaycanın ixracının 92%-i neft və neft məhsullarının payına düşür

Azərbaycanın ixracının 92%-i neft və neft məhsullarının payına düşür
# 01 sentyabr 2011 13:52 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycandan xaricə ən çox ixrac olunan mal xam neft olub. İlk 7 ayda ölkədən 13 351,800 mln. dollarlıq xam neft ixrac olunub ki, bu da ümumi ixracın 86,23%-ni təşkil edir. Ötən ilin ilk 7 ayına nisbətən xam neft ixracı 29,39% artıb. İxracın 5,57%-i neft məhsullarının payına düşür ki, bu müddət ərzində ölkədən 863,087 mln. dollarlıq neft məhsulu ixrac edilib. Ötən ilə nisbətən neft məhsullarının ixracı 17% artıb. Yəni, Azərbaycanın ümumi ixracının 91,80%-i neft və neft məhsullarının payına düşür.

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ixrac strukturunda payına görə sonrakı yerləri qara metallar və onlardan hazırlanan məmulatlar (0,84%), bitki və heyvan mənşəli yağlar (0,76%), meyvə-tərəvəz (0,62%), kimya məhsulları (0,34%), alkoqollu və alkoqolsuz içkilər (0,05%), tütün və tütün məmulatları (0,04%), pambıq mahlıcı (0,03%) və alüminium və ondan hazırlanan məmulatlar (0,02%) tutur.

Hesabat dövründə ixracı ən çox artan məhsul qara metallar və onlardan hazırlanan məmulatlar olub – bu ilin ilk 7 ayında 129,585 mln. dollarlıq qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib ki, bu da ötən ilin eyni dövründəkindən 2,1 dəfə artıqdır.

Pambıq mahlıcının ixracı 93,41% artaraq 4,345 mln. dollar olub. Bu dövrdə alüminium və ondan hazırlanan məmulatların ixracı 78% artaraq 3,092 mln. dollar, kimya məhsullarının ixracı 77,44% artaraq 53,256 mln. dollar, meyvə-tərəvəz ixracı 67,89% artaraq 95,977 mln. dollar, tütün və tütün məmulatları 61,84% artaraq 5,813 mln. dollar təşkil edib. Əvəzində ilk 7 ayda ixracı ən çox azalan məhsul bitki və heyvan mənşəli yağlar olub. Onların ixracı 3,09% azalaraq 118,319 mln. dollar təşkil edib. Yanvar-iyul aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 1,64% azalaraq 8,476 mln. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR