Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti növbəti yay məktəbinə start verib

Azərbaycan Dövlət Neft Şirkəti növbəti yay məktəbinə start verib
# 01 sentyabr 2011 14:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən sentyabrın 1-dən təşkil olunan növbəti yay məktəbinin açılması ilə bağlı mətbuat konfransı keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə ARDNŞ-ın kadr, rejim və İT üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib ki, aksiyanın məqsədi azərbaycanlı tələbələrin, həmçinin xaricdə oxuyan tələbələrin, o cümlədən təhsili ARDNŞ tərəfindən maliyyələşdirilən tələbələrin yay istirahətini təşkil etməkdən ibarətdir. «Bu yay tətilində tələbələri ARDNŞ-ın tabeliyində olan müəssisələrə apararaq həmin müəssisələrlə yaxından tanış edəəyik, ətraflı məlumat verəcəyik. Həmçinin, tələbələr 4 gün Balakən rayonunda istirahət edəcəklər», - deyə X.Məmmədov qeyd edib.

X.Məmmədovun sözlərinə görə, sentyabrın 12-dək davam edəcək yay məktəbində iştirakçılara enerji sektorunun bütün sahələri, həmçinin ARDNŞ-ın ölkə iqtisadiyyatındakı rolu barədə məlumat veriləcək: «ARDNŞ-ın yüksək təcrübəli mütəxəssisləri, o cümlədən xarici universitetlərin məzunları tərəfindən aparılacaq mühazirələr, müzakirələr, intellektual oyunlar yay məktəbinin iştirakçılarının böyük marağına səbəb olacaq. Eyni zamanda Səngəçal terminalına, «Bibiheybət» NQCİ-yə, Dərin Özüllər Zavoduna, «Azərikimya» İstehsalat Birliyinə və digər müəssisələrə səfər zamanı tələbələr istehsal proseslərini yaxından izləyə biləcəklər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR