Bank Of Baku

Azərbaycanda enerji haqqının yığılması 2% artıb

Azərbaycanda enerji haqqının yığılması 2% artıb
# 01 sentyabr 2011 14:48 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin iyul ayında Azərbaycanda 597,7 mln. kVt/saata yaxın elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən təxminən 10% çoxdur. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib. Enerjiyə görə ümumi ödəniş 87%-ə yaxın olub. Nəticədə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ödənişdə mütləq artım 8,4% təşkil edib.

İyulda daimi əhali istehlakçı qrupu üzrə istehlak 176,8 mln. kVt/saata yaxın olub ki, bu da təxminən ötən ilki istehlaka bərabərdir. Əhali qrupu üzrə ödəniş isə keçən ilin müvafiq dövrü ilə müqayisədə mütləq ifadədə 8,3% artaraq 91%-i keçib.

İyul ayında 7 elektrik şəbəkəsində ümumi ödəniş ötən ayların debitor borcu da nəzərə alınmaqla 100%-dən çox olub. Ən yüksək göstərici Daşkəsən EŞ-də (144,3%), ən aşağı Zərdab EŞ-də (66,3%) qeydə alınıb. Əhali qrupu üzrə ödənişlər isə 14 EŞ-də 100%-dən artıq olub. Bu qrupda ən yüksək göstərici Daşkəsən EŞ-də (130,8%), ən aşağı göstərici Quba EŞ-də (58,3%) qeydə alınıb.

Ümumilikdə, bu ilin ilk 7 ayında ölkədə 3 932,5 mln. kVt/saata yaxın elektrik enerjisi istehlak edilib, ümumi ödəniş 83,3% olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 5,4%, ödəniş isə mütləq şəkildə 2% artıb.

Hesabat dövründə əhali qrupu üzrə istehlak 1 340,8 mln. kVt/saata yaxın olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 4,2% azdır. İstehlakın azalmasına baxmayaraq əhali qrupu üzrə enerji haqqının ödənişi mütləq ifadədə 7,1% artaraq 86%-ə çatıb.

Qeyd edək ki, ümumilikdə, yanvar-iyul ayları üzrə 2 şəbəkədə ödəniş 100%-dən artıq olub. Bu dövrdə ən yüksək ödəniş Mingəçevir EŞ-də (101,9%), ən aşağı isə Sabirabad EŞ-də (59,9%) qeydə alınıb.

Xatırladaq ki, «Azərenerji» ASC hazırda Bakı şəhəri, onun rayonları və Naxçıvan Muxtar Respublikası istisna olmaqla, ölkənin digər ərazilərində elektrik enerjisinin paylanmasını həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR