Bank Of Baku

Ukrayna və Rusiya arasında imzalanmış qaz müqavilələrinə yenidən baxıla bilər

Ukrayna və Rusiya arasında imzalanmış qaz müqavilələrinə yenidən baxıla bilər
# 02 sentyabr 2011 10:12 (UTC +04:00)
Bakı - APA-Economics. Ukrayna və Rusiya arasında imzalanmış qaz müqavilələri Ukrayna qanunlarına ziddir. “APA-Economics”in xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Ukraynanın baş naziri Nikolay Azarov bildirib.

Onun sözlərinə görə, iki ölkənin qaz sahəsindəki münasibətləri 2004-cü ildə imzalanmış hökumətlərarası sazişə əsasən tənzimlənir: “Bu saziş tərəflərin üzərinə hər il qazın həcmini razılaşdırmaq öhdəliyi qoyur. Təəssüf ki, milli qanunvericilikdən üstün olan bu saziş bir dəfə də yerinə yetirilməyib. Ona görə də biz hesab edirik ki, 2009-cu ildə imzalanmış qaz sazişləri ən azı hər il qazın həcmini razılaşdırmaq barədə müddəaya ziddir”.

Baş nazir qeyd edib ki, hazırda qüvvədə olan qaz müqavilələrinə yenidən baxılması məsələsi ölkə iqtisadiyyatı üçün çox vacib məsələdir: “Ümid edirik ki, bunu Rusiya rəhbərliyi də başa düşür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR