Bank Of Baku

Bakıda enerji statistikası üzrə beynəlxalq seminar keçiriləcək

Bakıda enerji statistikası üzrə beynəlxalq seminar keçiriləcək
# 02 sentyabr 2011 10:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Sentyabrın 27-30-da BMT-nin Statistika şöbəsinin təşkilatçılığı ilə Bakıda enerji statistikası üzrə beynəlxalq regional seminar keçiriləcək.

Azərbaycan Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd BMT-nin Statistika Komissiyasının 2011-ci il fevral ayında keçirilmiş 42-ci sessiyasında qəbul edilmiş «Enerji statistikasına dair beynəlxalq tövsiyələr»in təcrübədə tətbiqi və hazırlanmaqda olan «Enerji statistikasının aparılmasına dair vəsait»in müzakirə olunmasıdır.

Bununla yanaşı, seminarda enerji statistikası ilə bağlı konseptual çərçivə, hüquqi baza və institutisonal tədbirlər, təsnifatlar, məlumat mənbələri və onların toplanması, enerji balansının tərtibi, enerji hesabının qurulması, enerji göstəriciləri, məlumatların keyfiyyəti və metaməlumatlar, məlumatların yayılması və s. mövzular üzrə çıxışlar və ayrı-ayrı ölkələrin təcrübələri haqqında fikir mübadiləsi aparılacaq.

Seminarda BMT, Beynəlxalq Enerji Agentliyi də daxil olmaqla beynəlxalq təşkilatlardan və xarici ölkələrdən 30-a yaxın nümayəndənin iştirakı və çıxışı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR