Bank Of Baku

ARDNŞ Ukraynada üzən yanacaqdoldurma məntəqəsi istifadəyə verib

ARDNŞ Ukraynada üzən yanacaqdoldurma məntəqəsi istifadəyə verib
# 02 sentyabr 2011 14:22 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu günlərdə Kiyev Gəmi Təmiri Zavodunun dokunda «SOCAR Energy Ukraine» şirkətinin «Bakı-1» neftdaşıyan bunker gəmisi – üzən yanacaqdoldurma məntəqəsi suya buraxılıb.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, bununla əlaqədar keçirilmiş mərasimdə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli və ARDNŞ-in Ukraynadakı nümayəndəliyinin direktoru Elçin Məmmədov iştirak edib. Şərqi Avropa ərazisində ilk belə layihə ARDNŞ-in Ukraynadakı nümayəndəliyi tərəfindən həyata keçirilib. Üzən YDM-də gəmilərə bu ölkədə fəaliyyət göstərən «SOCAR» şəbəkəsinin firma neft məhsulları – «Nano-95» benzini və «NanoDiesel» yanacağı təklif olunur.

Üzən yanacaqdoldurma kompleksinin göyərtəsində «Butamarket» firma mağazası yerləşir. Bu nadir qurğuda hesablaşmalar AKM POS kassa aparatları vasitəsilə həyata keçirilir. Müştəri alınan yanacaq və mala görə ödənişi «sCard» yanacaq kartı və Ukraynanın digər neft treyderlərinə məxsus kartlarla həyata keçirə bilər. «Visa Electron» və «MasterCard» bank kartları ilə də ödənişlər qəbul olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR