Bank Of Baku

Azərbaycan Ceyhan istiqamətində neftin nəqlini azaldıb

Azərbaycan Ceyhan istiqamətində neftin nəqlini azaldıb
# 02 sentyabr 2011 14:53 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2011-ci ilin avqust ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 79,585 min ton, Supsa limanından (Qara dəniz, Gürcüstan) 250,561 min ton, Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 561,562 min ton xam neft ixrac edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

İyul ayına nisbətən neft ixracı Supsa istiqamətində 3,1 dəfə artıb, Novorossiysk istiqamətində 7%, Ceyhan istiqamətində 29,6% azalıb.

Ümumilikdə, yanvar-avqust ayları ərzində Novorossiysk limanından 1 249,098 min ton, Supsa limanından 1 758,809 min ton, Ceyhan limanından isə 15 693,746 min ton xam neft ixrac edilib.

ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR