Bank Of Baku

Avropa İttifaqı Suriyadan neft ixracına qadağa qoyub

Avropa İttifaqı Suriyadan neft ixracına qadağa qoyub
# 02 sentyabr 2011 14:55 (UTC +04:00)
APA-Economics”in “Agence France Presse”yə istinadən xəbərinə görə, buna səbəb Suriya prezidenti Bəşər Əsədin müxalifətçilərə qarşı hərbi əməliyyatlara son qoymaqdan imtina etməsidir.

İtaliyanın xahişi ilə embarqo artıq bağlanmış müqavilələrə 15 noyabr 2011-ci ildən şamil olunacaq. Bundan əvvəl analoji qadağa ABŞ tərəfindən tətbiq olunub.

Qeyd edək ki, indiyədək Suriya neftinin 95%-i Avropa İttifaqı ölkələrinə ixrac olunub. Suriyanın neft ixracından illik gəliri 4 mlrd. dollar həcmində qiymətləndirilir.

Bundan başqa, ABŞ və Avropa İttifaqı Suriyada xalq üsyanlarının güc tətbiq etməklə yatıran şəxslərin bank hesablarını dondurub, onların ABŞ və Avropa İttifaqı ölkələrinə gəlişinə qadağa qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR