Bank Of Baku

Viktor Yanukoviç Rusiyanın “Naftoqaz-Ukraina” şirkətini “Qazprom” şirkətinə birləşdirmək şərtini rədd edib

Viktor Yanukoviç Rusiyanın “Naftoqaz-Ukraina” şirkətini “Qazprom” şirkətinə birləşdirmək şərtini rədd edib
# 03 sentyabr 2011 10:24 (UTC +04:00)
Bakı - APA-Economics. Ukrayna prezidenti Viktor Yanukoviç Rusiyadan güzəştli qiymətlərlə qaz almaq üçün “Naftoqaz-Ukraina” şirkətini “Qazprom” şirkətinə birləşdirməyəcəklərini bəyan edib.

APA-Economics”in xəbərinə görə, V.Yanukoviç bu məsələyə baxılmadığını bildirib.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında davam edən qaz mübahisəsi fonunda Ukraynanın baş naziri Nikolay Azarov “Naftoqaz-Ukraina” şirkətini ləğv edəcəklərini və bütün müqavilələrə yenidən baxılacağını deyib. Buna cavab olaraq Rusiya baş naziri Vladimir Putinin mətbuat katibi Dmitri Peskov müqavilələrə yenidən baxılmasının yalnız “Naftoqaz-Ukraina” şirkəti “Qazprom” şirkətinə birləşdiriləcəyi halında mümkün olacağını bildirib: “Ləğv edilən şirkətin hüquqi varisi həm də mövcud müqaviləni yerinə yetirərək Rusiya qarşısında öhdəliklərinə əməl etməlidir”.

Rusiya və Ukrayna arasındakı qaz mübahisəsinin səbəbi Kiyevin Moskvadan aldığı qazın həcmini 1/3 həcmdə - 27 mlrd. kubmetrə qədər azaltmaq niyyətidir. “Qazprom” şirkəti isə hesab edir ki, hazırda qüvvədə olan müqavilələr Ukraynanın üzərinə aldığı qazın həcmindən asılı olmayaraq, ildə ən azı 33 mlrd. kubmetr qazın dəyərini ödəmək öhdəliyi qoyur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR