Bank Of Baku

Azərbaycan günəş batareyaları zavodunu ilin sonunda istifadəyə verəcək

Azərbaycan günəş batareyaları zavodunu ilin sonunda istifadəyə verəcək
# 05 sentyabr 2011 08:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan alternativ enerji sahəsinin inkişafı istiqamətində işləri davam etdirir. «APA-Economics»in məlumatına görə, Azərbaycan Sənaye Nazirliyi Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikovun sözlərinə görə, artıq 2011-ci ilin sonunadək Sumqayıt texnoparkında inşa olunan günəş batareyaları istehsalı zavodunun tikintisi başa çatdırılacaq.

«Ümid edirik ki, artıq bu ilin sonunadək zavodun tikintisi və quraşdırma işləri başa çatacaq və müəssisə istifadəyə veriləcək. Bununla da Azərbaycanda fotoelektrik günəş panellərinin istehsalı təşkil olunacaq». – deyə Nazirlik rəsmisi vurğulayıb.

C.Məlikov onu da bildirib ki, zavodda standart məhsullar buraxılacaq: «Avadanlıqların həm sertifikatlaşdırılması, həm də texnoloji istehsal imkanları onun bütün dünyada satışını, instalyasiyasını, eyni zamanda batareyalar vasitəsilə istehsal olunacaq elektrik enerjisinin digər ölkələrə satışını təmin etmək imkanı yaradacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR