Bank Of Baku

Bakıda Yaşıl İqtisadiyyat üçün hüquqi baza mövzusunda regional seminar keçirilib

Bakıda Yaşıl İqtisadiyyat üçün hüquqi baza mövzusunda regional seminar keçirilib
# 05 sentyabr 2011 09:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Sənaye Nazirliyi Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə «Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər daxilində Yaşıl İqtisadiyyat üçün hüquqi baza – sistem və perspektivlər üzrə Regional Təhlil və Dialoq» mövzusunda seminar keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov qeyd edib ki, hazırda Azərbaycanda Yaşıl İqtisadiyyatın, əsasən də alternativ enerji sahəsinin inkişafına dair bir sıra işlər görülməkdədir: «Alternativ enerji sahəsinin inkişafı üçün əsasən 3 bazis nöqtəsi mövcuddur ki, bunların sırasına dövlətin iradəsi, qanunvericilik bazasının inkişafı və maliyyələşdirmə daxildir. Hazırda Azərbaycanda bu sahənin inkişafı üçün dövlət dəstəyi, normativ və hüquqi bazanın inkişafı və kifayət qədər maliyyənin ayrılması müşahidə olunur, bir sıra layihələr həyata keçirilir».

Seminarın əsas məqsədi Yaşıl İqtisadiyyatın inkişafı istiqamətində ehtiyacları və prioritetləri müəyyən etmək, maarifləndirmə və iqtisadi, ekoloji təhlükəsizliklə bağlı problemlərin həlli üçün alternativ və bərpa olunan enerji mənbələrindən istifadə və enerjidən səmərəli istifadə üzrə inkişaf yollarını müzakirə etməkdir.

Tədbirdə Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Yunanıstan və digər ölkələrdən mütəxəssislər iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR