Bank Of Baku

İranın ilk atom elektrik stansiyası əhaliyə elektrik enerjisi verməyə başlayıb

İranın ilk atom elektrik stansiyası əhaliyə elektrik enerjisi verməyə başlayıb
# 05 sentyabr 2011 12:31 (UTC +04:00)
APA-Economics”in İSNA-ya istinadən xəbərinə görə, sentyabrın 3-də gecə ölkənin milli elektrik şəbəkəsinə qoşulan

Bakı - APA-Economics. İranın ilk atom elektrik stansiyası (AES) olan Buşəhr AES istehlakçılara elektrik enerjisi verməyə başlayıb.

APA-Economics”in İSNA-ya istinadən xəbərinə görə, sentyabrın 3-də gecə ölkənin milli elektrik şəbəkəsinə qoşulan AES-in gücü hazırda 60 MVt-dır. Məqsəd isə bu rəqəmi 1000 MVt-a çatdırmaqdır.

Buşəhr AES-in elektrik şəbəkəsinə rəsmi qoşulma mərasimi sentyabrın 12-nə planlaşdırılır. O vaxtadək mütəxəssislər bütün zəruri testləri həyata keçirəcəklər.

Qeyd edək ki, 1992-ci ildə tikintisinə başlanan Buşəhr AES Rusiyanın ciddi köməyi ilə tikilib. 1970-ci illərdə AES-in tikintisinə alman mütəxəssisləri qoşulmaq istəyib, lakin 1979-cu il İslam inqilabından sonra onlar fikirlərini dəyişiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR