Bank Of Baku

Rusiya Tacikistanın neft məhsulları bazarını İrana güzəştə gedir

Rusiya Tacikistanın neft məhsulları bazarını İrana güzəştə gedir
# 05 sentyabr 2011 13:11 (UTC +04:00)
Bakı - APA-Economics. İran prezidenti Mahmud Əhmədinejat Tacikistanı ehtiyac duyduğu həcmdə neft məhsulları ilə təmin etməyə hazır olduğunu bəyan edib.

APA-Economics”in “AsiaPlus”a istinadən xəbərinə görə, bu bəyanatla o, Düşənbədə Tacikistan prezidenti İmaməli Rəhmonla birgə keçirdiyi mətbuat konfransında çıxış edib.

M.Əhmədinejat İranın neft məhsullarını Tacikistana ixrac etməkdə maraqlı olduqlarını vurğulayıb: “Əgər bunu boru kəməri ilə edə bilməsək, alternativ çatdırma üsullarından istifadə etməli olacağıq”.

Prezident əlavə edib ki, məsələ İran-Tacikistan Hökumətlərarası Komissiyasının tehranda keçiriləcək IX iclasında müzakirə olunacaq.

Qeyd edək ki, ötən ilin may və bu ilin aprel aylarında Rusiyada baş verən benzin qıtlığı səbəbindən bu ölkədən xaricə, o cümlədən Tacikistana ixrac edilən neft məhsullarına gömrük rüsumu tətbiq edilib. Rəsmi Düşənbənin rüsumların ləğvi barədə xahişləri Kreml tərəfindən qəbul edilməyib. Bu səbəbdən Tacikistan hökuməti alternativ yollar axtarmağa məcbur olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR