Bank Of Baku

İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığa hazır olduğunu bəyan edib

İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığa hazır olduğunu bəyan edib
# 06 sentyabr 2011 08:59 (UTC +04:00)
Bakı - APA-Economics. İran beynəlxalq sanksiyaların aradan qaldırılması müqabilində yaxın beş il ərzində Beynəlxalq Atom Enerjisi Agentliyini (BAEA) öz nüvə proqramına tam çıxışla təmin etməyə hazırdır. “APA-Economics”in İSNA-ya istinadən xəbərinə görə, bu bəyanatla İranın Atom Enerjisi Təşkilatının rəhbəri Firudin Abbasi çıxış edib.

F.Abbasi “tam çıxış” deyərkən nəyi nəzərdə tutduğunu BAEA-dan hansı addımları gözlədiklərini açıqlamayıb. Onun sözlərinə görə, İranın atom sahəsi getdikcə xaricdən təxribat obyektinə çevrilir: “Məsələn, kiberhücumlarla və keyfiyyətsiz məhsulun ölkəmizə ixracı ilə üzləşirik”.

Qeyd edək ki, İranın nüvə proqramı beynəlxalq ictimaiyyət və bir çox dünya ölkələri tərəfindən narahatlıqla qarşılanır. Rəsmi Tehran isə proqramın dinc xarakter daşıdığını bildirərək, uranın zənginləşdirilməsi üzrə işləri dayandırmaq barədə çağırışları rədd edir. BAEA mütəxəssisləri ilə əməkdaşlıq etməkdən imtina etdiyinə görə BMT İrana qarşı iqtisadi sanksiyalar tətbiq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR