Bank Of Baku

«Azərbaycanın Enerji Balansı» statistika məcmuəsi çapdan çıxıb

«Azərbaycanın Enerji Balansı» statistika məcmuəsi çapdan çıxıb
# 06 sentyabr 2011 09:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Statistika Komitəsi tərəfindən 2011-ci ilin nəşrlərinin buraxılış təqviminə uyğun olaraq «Azərbaycanın Enerji Balansı» statistika məcmuəsi çapdan çıxıb.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, məcmuədə 2000-2010-cu illər əhatə olunmaqla milli enerji balansı, enerji məhsullarının əmtəə balansları və energetika statistikasına aid digər zəruri məlumatlar verilib.

Məcmuə 6 bölmədən ibarətdir ki, 1-ci bölmədə energetika müəssisələrinin işinin əsas göstəriciləri, enerji tutumu və s., 2-ci bölmədə 2007-2010-cu illər üzrə enerji balansı və balansın sektorlar üzrə bölgüsü, 3-4-cü bölmələrdə illər üzrə müvafiq olaraq enerji məhsullarının balansları və enerji məhsullarının iqtisadi fəaliyyət növləri üzrə istehlakı, 5-ci bölmədə 2000-2006-cı illər üzrə enerji və əmtəə balansları, 6-cı bölmədə xam neftin, təbii qazın hasilatı, elektrik stansiyalarının gücü, iqtisadiyyatın ayrı-ayrı sahələrində fəaliyyət göstərən müəssisələr tərəfindən atmosferə atılan çirkləndirici maddələr haqqında və s. əlavə cədvəllər verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR