Bank Of Baku

Ukraynanın baş naziri əhalini enerji resurslarına qənaət etməyə çağırıb

Ukraynanın baş naziri əhalini enerji resurslarına qənaət etməyə çağırıb
# 07 sentyabr 2011 12:04 (UTC +04:00)
“Biz vətəndaşlarımızdan enerji resurslarına qənaət etmək üçün onlardan asılı olan hər şeyi etməyi xahiş edirik. Çünki bu, artıq vətənpərvərlik və yaşam məsələsidir” - deyə N.Azarov qeyd edib.

Bundan başqa, baş nazir region rəhbərlərinə və əlaqədar nazirliklərin başçılarına enerji resurslarının qiymətini nəzərə alaraq qış mövsümünə vaxtında hazırlaşmağı tapşırıb.

Qeyd edək ki, Rusiya və Ukrayna arasındakı qaz mübahisəsinin səbəbi Kiyevin Moskvadan aldığı qazın həcmini 1/3 həcmdə - 40 mlrd. kubmetrdən 27 mlrd. kubmetrə qədər azaltmaq niyyətidir. “Qazprom” şirkəti isə hesab edir ki, hazırda qüvvədə olan müqavilələr Ukraynanın üzərinə aldığı qazın həcmindən asılı olmayaraq, ildə ən azı 33 mlrd. kubmetr qazın dəyərini ödəmək öhdəliyi qoyur.

Bu mübahisə fonunda Ukraynanın baş naziri Nikolay Azarov “Qazprom”la müqaviləni imzalamış “Naftoqaz-Ukraina” şirkətinin ləğv ediləcəyini və bütün müqavilələrə yenidən baxılacağını bəyan edib. Buna cavab olaraq Rusiya baş naziri Vladimir Putinin mətbuat katibi Dmitri Peskov müqavilələrə yenidən baxılmasının yalnız “Naftoqaz-Ukraina” şirkəti “Qazprom” şirkətinə birləşdiriləcəyi halında mümkün olacağını bildirib: “Ləğv edilən şirkətin hüquqi varisi həm də mövcud müqaviləni yerinə yetirərək Rusiya qarşısında öhdəliklərinə əməl etməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR