Bank Of Baku

Avropanın imtina etdiyi Suriya neftini Rusiya və Çin alacaq

Avropanın imtina etdiyi Suriya neftini Rusiya və Çin alacaq
# 07 sentyabr 2011 13:03 (UTC +04:00)
Bakı - APA-Economics. Suriya Avropanın imtina etdiyi neftini Rusiya, Çin və digər qeyri-ərəb ölkələrinə satacaq. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Suriyanın maliyyə naziri Məhəmməd əl-Cleylati açıqlama verib.

“Biz neftimizi ya emal edəcək, ya da birbaşa Rusiya, Çin kimi onu almağa hazır olan ölkələrə satacağıq. Əks halda, ehtiyat yaradacağıq” - deyə nazir qeyd edib.

Məhəmməd əl-Cleylati Dəməşqin hasilatı dayandırıb-dayandırmayacağı haqqında heç nə deməyib. Onun sözlərinə görə, hökumət Avropa İttifaqının Suriyaya qarşı tətbiq etdiyi sanksiyalardan narahat deyil: “Çünki bu sanksiyalar Suriya iqtisadiyyatına heç bir təsir etmir”.

Qeyd edək ki, sentyabrın 2-dən Avropa İttifaqı Suriyadan neft məhsullarının ixracına qadağa qoyub. Buna səbəb Suriya prezidenti Bəşər Əsədin müxalifətçilərə qarşı hərbi əməliyyatlara son qoymaqdan imtina etməsidir. Embarqo artıq bağlanmış müqavilələrə 15 noyabr 2011-ci ildən şamil olunacaq. İndiyədək Suriya neftinin 95%-i Avropa İttifaqı ölkələrinə ixrac olunub. Suriyanın neft ixracından illik gəliri 4 mlrd. dollar həcmində qiymətləndirilir.

Bundan başqa, ABŞ və Avropa İttifaqı Suriyada xalq üsyanlarının güc tətbiq etməklə yatıran şəxslərin bank hesablarını dondurub, onların ABŞ və Avropa İttifaqı ölkələrinə gəlişinə qadağa qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR