Bank Of Baku

Azərbaycan prezidenti Avstriyanın OMV şirkəti idarə heyətinin sədri Gerhard Roissi qəbul edib

Azərbaycan prezidenti Avstriyanın OMV şirkəti idarə heyətinin sədri Gerhard Roissi qəbul edib
# 07 sentyabr 2011 14:29 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Avstriyanın OMV şirkəti idarə heyətinin sədri Gerhard Roissin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezidentin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, OMV şirkəti idarə heyətinin sədri Gerhard Roiss Avstriya prezidenti Haynts Fişerin və Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Gunter Ottingerin salamlarını dövlət başçısına çatdırıb.

Görüşdə Avstriyanın OMV şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub, “Nabucco” layihəsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR