Bank Of Baku

Gürcüstan ARDNŞ-ın Rusiya-Ermənistan qaz kəmərini alması üçün hüquqi baza yaradır

Gürcüstan ARDNŞ-ın Rusiya-Ermənistan qaz kəmərini alması üçün hüquqi baza yaradır
# 08 sentyabr 2011 08:59 (UTC +04:00)
APA-Economics”in Gürcüstanın “Pirveli” informasiya agentliyinə istinadən xəbərinə görə, bu təşəbbüs Ermənistan-Rusiya qaz borusunun Gürcüstan ərazisindən keçən hissəsinə də aiddir.

Müvafiq qanuna dəyişiklik təşəbbüsü ilə Gürcüstan parlamentinin deputatları Zviad Kukava və Mixail Tskitişvili çıxış ediblər. Hazırda qüvvədə olan qanunvericiliyə görə, Gürcüstanın strateji obyektlərinin xarici şirkətlərə satışı mümkün deyil.

Bir müddət öncə Gürcüstanın baş naziri Nika Qilauri bəyan edib ki, ilkin dövrdə ölkənin strateji əhəmiyyətli müəssisələrinin səhmlərinin 25%-i Nyu-York və London birjalarında sərbəst satışa çıxarılacaq. Bu arada rəsmi Tiflisin niyyətini təşvişlə işıqlandıran erməni mətbuatı yazıb ki, belə olan təqdirdə Rusiya-Ermənistan qaz kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin Azərbaycan şirkətləri tərəfindən satın alınması üçün hüquqi baza yaradılacaq.

Xatırladaq ki, Rusiya-Ermənistan qaz kəmərinin Gürcüstan ərazisindən keçən hissəsini Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) almaq istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR